Menyu

“Liverpul” Salahı “İnter”lə oyun üçün heyətdən kənarlaşdıra bilər

Əziz Əzizli
“Liverpul” Salahı “İnter”lə oyun üçün heyətdən kənarlaşdıra bilər

"Liverpul"un hücumçusu Mohamed Salah Çempionlar Liqasının 6-cı turunda "İnter"lə oyunda "qırmızılar"ın heyətindən kənarda qala bilər.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, “Liverpul” 33 yaşlı futbolçunun klub və baş məşqçi Arne Slot haqda dediklərini müzakirə edir. Daha əvvəl Premyer Liqanın son 3 matçında ehtiyat oyunçular skamyasında oturan Salah "Liverpul"un məşqçisindən şikayətlənmişdi.

Salahın Çempionlar Liqası matçında iştirakı ilə bağlı yekun qərarın bazar ertəsi məşqdən sonra veriləcəyi gözlənilir.

Daha əvvəl jurnalist Ceyms Uotland məlumat vermişdi ki, Mersisayderlərin kapitanı Vircil van Deyk və komandanın digər əsas oyunçuları Salahın tərəfinə keçib və Slotun baş məşqçi postunu tərk etməsini istəyirlər.

Çempionlar Liqasının "Liverpul" - "İnter" matçı çərşənbə axşamı, dekabrın 9-da Milanın "San Siro" stadionunda keçiriləcək

Əlaqəli Xəbərlər