Menyu

KİV: Ronald Arauxo "Barselona"nı tərk edə bilər

Əziz Əzizli
KİV: Ronald Arauxo "Barselona"nı tərk edə bilər

"Barselona"nın müdafiəçisi Ronald Arauxo səhhətindəki problemlərə görə komandanı tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu haqda COPE məlumat yayıb.

26 yaşlı futbolçu noyabrın sonundan yaşıl meydanlardan kənarda qalıb. Əvvəlcə "Barselona"nın baş məşqçisi Hansi Flik oyunçunun rotavirusa yoluxduğunu açıqlasa da, sonradan Arauxonun psixoloji çətinliklərə görə planlaşdırılmamış məzuniyyətə getdiyi barədə xəbərlər yayılıb.

Mənbənin sözlərinə görə, müdafiəçinin psixi sağlamlıq problemləri ilkin olaraq düşünüldüyündən daha ciddidir. O, bir daha "Barselona"da oynamayacaq.

Arauxo 2018-ci ildən "Barselona"da çıxış edir. 2025/26 mövsümündə futbolçu bütün yarışlarda 15 matçda iştirak edib və iki qol vurub.

Əlaqəli Xəbərlər