Menyu

Pulişiç Avropanın ən yaxşı beş liqasında ABŞ oyunçuları arasında rekorda imza atıb

Operativ Media
Pulişiç Avropanın ən yaxşı beş liqasında ABŞ oyunçuları arasında rekorda imza atıb

"Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç Avropanın ən yaxşı beş liqasından birində əvəzedici heyətdən oyuna daxil olaraq iki və ya daha çox qol vuran üçüncü ABŞ millisinin oyunçusu olub.

Operativ Media bu barədə "Opta"ya istinadən xəbər verir.

Oxşar nailiyyətə daha əvvəl 2009-cu ildə "Soşo"nun hücumçusu Çarli Devis və 2024-cü ildə "Monako"nun hücumçusu Folarin Baloqun nail olmuşdu.

27 yaşlı yarımmüdafiəçi 14-cü turun “Torino” ilə səfər matçının (3:2) 66-cı dəqiqəsində meydana daxil olub. O, 67-ci dəqiqədə ilk qolu, 77-ci dəqiqədə isə komandasına qələbə qazandıran ikinci qolu vurub.

2025/26 mövsümündə Pulişiç 12 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər