07 Mart 2023, 17:32
İranda məktəblərdə kütləvi zəhərlənmə ilə bağlı saxlanılanlar var

İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı saxlanılanlar var.
"Operativ Media" xəbər verir ki, İranın dövlət televiziyasına danışan daxili işlər nazirinin müavini Məcid Mirəhmedi tələbələrin kütləvi zəhərlənməsi ilə əlaqəli olduğu müəyyən edilən bəzi şəxslərin 5 vilayətdə kəşfiyyat qrupları tərəfindən saxlanıldığını açıqlayıb.
Neçə nəfərin saxlanıldığını dəqiq açıqlamayan Mirəhmedi “Kəşfiyyat orqanlarının apardığı kəşfiyyat və araşdırma tədbirləri əsasında 5 ştatda bəzi şəxslər saxlanılıb və aidiyyatı qurumlar məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparır. ", - deyib.