CEV Azərbaycan hakimlərinə yenidən etimad göstərdi

Avropa Voleybol Konfederasiyası növbəti dəfə Azərbaycan hakimlərinə etimad göstərib.
Operativ Media xəbər verir ki, beynəlxalq dərəcəli hakimlərimiz Konstantin Selin və Eldar Əliyev avrokubok oyunlarına təyinat alıblar.
K.Selin kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final mərhələsi çərçivəsində “VK Slovan Bratislava” (Slovakiya) və “Prima Donna Kaas Huizen” (Niderland) klublarının oyununda birinci hakim olacaq. Slovakiyada baş tutacaq görüşün ikinci hakimi rumıniyalı Georgiana Gurguiatu olacaq. Oyun bu gün Bakı vaxtı ilə 19:00-da başlayacaq.
E.Əliyev kişi voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində keçiriləcək “AONS Milon ATHENS” (Yunanıstan) və “Cez Karlovarsko” (Çexiya) komandalarının matçında ikinci hakim olacaq. Bu gün Bakı vaxtı ilə saat 20:00-da Yunanıstanda baş tutacaq qarşılaşmanın birinci hakimi türkiyəli Cevik Ramazandır.