Menyu

AFFA "Neftçi"ni 7700, "Sabah"ı 5000 manat cərimələdi

Operativ Media
AFFA "Neftçi"ni 7700, "Sabah"ı 5000 manat cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı qərarlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, “Zirə” ilə oyunda heyətində 4 nəfər sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” daha 2000 manat cərimə olunub. Bundan başqa, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” əlavə 5000 manat da ziyana düşüb.

“Sabah”la matçda 4 futbolçusu sarı vərəqə alan “İmişli” 700 manat xərc çəkəcək. “Sabah” isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat cərimə olunub.

“Qarabağ”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Karvan-Yevlax” 700 cərimə ilə üzləşib.

“Sumqayıt”la oyunun 83-cü dəqiqəsində qırmızı vərəqə alan “Difai”nin futbolçusu Roman Hüseynov 1 oyunluq diskvalifikasiya olunub, klubunu 150 manat xərcə salıb.

“Araz-Naxçıvan”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə edilib.

Əlaqəli Xəbərlər