Menyu

Azərbaycanın U-19 millisinin rəqibləri müəyyənləşib

Operativ Media
Azərbaycanın U-19 millisinin rəqibləri müəyyənləşib

Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələsinin püşkü atılıb. Operativ Media xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 6-cı qrupunda yer alan U-19 Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

I seçmə mərhələnin oyunları 2026-cı il martın 23-dən 31-də keçiriləcək.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

25 mart 2026-cı il

Litva – Azərbaycan

28 mart

Azərbaycan – Şimali İrlandiya

Qeyd: Qrupun oyunları Litvada keçiriləcək.

Əlaqəli Xəbərlər