Menyu

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli oldu

Operativ Media
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli oldu

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.

Operativ Media AFFA-ya istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

11 noyabr 2026-cı il

Almaniya – Azərbaycan

14 noyabr

Şimali İrlandiya – Azərbaycan

17 noyabr

Litva – Azərbaycan

Qeyd: Qrupun oyunları Almaniyada keçiriləcək.

Əlaqəli Xəbərlər