07 Mart 2023, 20:05
ABŞ səfirliyi: “Bu gün Gürcüstan demokratiyasının qara günüdür”
ABŞ səfirliyi: “Bu gün Gürcüstan demokratiyasının qara günüdür” şəkil
ABŞ səfirliyi: “Bu gün Gürcüstan demokratiyasının qara günüdür”

Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür.

"Operativ Media" xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı paylaşımında belə qeyd edilib.

“Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür. Parlamentin Kremlindən ilhamlanılmış bu qanunlarla bağlı (prosesi) irəli aparması Gürcüstan xalqının məlum Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və Gürcüstanın bu qədər təşkilatlarının öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərini baltalayacaq. Proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar doğurur”, - deyə bəyanatda bildirilib.

APA

Son xəbərlər
Paytaxtda daha bir küçədə xüsusi hərəkət zolağı təşkil olunub
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb