Qurban Qurbanov: Nəriman daha da yaxşı oynaya bilərdi
Operativ Media
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la keçirilən matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, o, Nəriman Axundzadə ilə bağlı danışıb.
"Nərimanla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana girən digər futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu”.