Menyu

Azərbaycanlı məktəblilərin “Medibot” layihəsi beynəlxalq yarışda qalib oldu

Operativ Media
Azərbaycanlı məktəblilərin “Medibot” layihəsi beynəlxalq yarışda qalib oldu

5–6 dekabr 2025-ci il tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən “Robotex International 2025” yarışının final mərhələsində 27 nömrəli məktəbin VI sinif şagirdi Rəhim Sultan müxtəlif məktəblərdən olan həmyaşıdlarından ibarət komanda ilə “Medibot” layihəsini təqdim edib.

Operativ Media xəbər verir ki, iştirakçı komandanın kapitanı olan Rəhim Sultana mühəndis kimi Sevil Şəmmədli, proqramçı kimi Murad Zeynallı, dizayner kimi isə Ruqayya Əliyeva dəstək göstəriblər. Təqdim olunan layihənin ideyası tibb məntəqəsi, poliklinika, xəstəxana və həkimlərin olmadığı ucqar yaşayış məntəqələrində robotlardan ibarət klinikanın qurulması və ilkin tibbi müdaxilənin peşəkar robotlar tərəfindən həyata keçirilməsindən ibarət olub. Layihə öz kateqoriyasında münsiflərdən ən yüksək balı toplayaraq qalib elan edilib. Komandanın mentoru Təranə Səfərova olub.

Finala qədər komanda 6 apreldə Bakıda “Şokobot” layihəsi ilə, 2–4 may tarixlərində isə Türkiyənin Antalya şəhərində “Soil Savers” layihəsi ilə birincilik qazanıb. Final mərhələsində 32 ölkədən 921 komanda və 3200-dən çox iştirakçı mübarizə aparıb.

Komanda 9 dekabr tarixində vətənə geri dönüb.

Fotogalereya

Əlaqəli Xəbərlər