Menyu

Süni i̇ntellekt üçün vahid standartlar niyə vaci̇bi̇di̇r?

Operativ Media
Süni i̇ntellekt üçün vahid standartlar niyə vaci̇bi̇di̇r?

Süni intellekt (Sİ) texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə vahid standartların hazırlanması və tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin İntellekt üzrə məsul şəxsi İbrahim Süleymanov deyib.

O bildirib ki, belə standartlar həm təhlükəsizlik, həm də innovasiya baxımından ekosistemin sağlam inkişafına ciddi töhfə verəcək.

Onun sözlərinə görə, ilk növbədə vahid terminologiya və düzgün ünsiyyətin formalaşması zəruridir. Bu, media, dövlət qurumları və biznesin süni intellekt barədə eyni dildə danışmasına, anlaşılmazlıqların minimuma enməsinə imkan yaradır.

İbrahim Süleymanov qeyd edib ki, standartlaşdırma etibarlı və şəffaf süni intellekt ekosisteminin qurulmasını dəstəkləyir. Bu isə vətəndaşların texnologiyaya etimadını artırır, dezinformasiya və yanlış məlumatlanma riskini minimuma endirir.

Onun fikrincə, vahid standartlar risklərin idarə olunmasında da mühüm rol oynayır. Qərəz, hüquqi məsuliyyət və texniki səhvlərin qarşısını almaq mümkün olur və süni intellekt sistemləri daha təhlükəsiz şəkildə fəaliyyət göstərir.

Məsul şəxs əlavə edib ki, qlobal standartlara, xüsusilə ISO tələblərinə uyğunlaşmaq Azərbaycanın süni intellekt sahəsində beynəlxalq rəqabətliliyini gücləndirir. Bu isə şirkətlərin xarici bazarlarda mövqelərini möhkəmləndirir.

Standartların tətbiqi etik və təhlükəsiz yanaşmanı da təmin edir. İnsan hüquqları, məxfilik və sosial məsuliyyət prinsipləri qorunur, texnologiyanın cəmiyyətə inteqrasiyası daha etibarlı şəkildə həyata keçirilir.

İbrahim Süleymanov vurğulayıb ki, vahid standartlar eyni zamanda innovasiyanın sürətlənməsinə şərait yaradır. Şirkətlər və startaplar süni intellekti düzgün, ölçülə bilən və audit oluna bilən formada tətbiq edir, nəticədə yeni texnoloji həllər daha sürətlə hazırlanır.

Onun sözlərinə görə, bütün bu amillər süni intellekt sahəsində vahid standartların hazırlanmasını və tətbiqini qaçılmaz edir.

Əlaqəli Xəbərlər