Luis Enrike Çempionlar Liqasının ən yaxşı qapıçısının adını açıqlayıb
Əziz Əzizli
PSJ-nin baş məşqçisi Luis Enrike Bilbao "Atletik"inin qapıçısı Unai Simonun çıxışını şərh edib.
Operativ Media xəbər verir ki, bu komandalar arasında Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunun matçında (0:0) 28 yaşlı ispaniyalı dörd seyvlə yadda qalıb.
"Simon, şübhəsiz ki, turnirin ən yaxşı qapıçısıdır. Mən o vaxt bunu boynuma almışdım. Onu İspaniya millisində əsas qapıçı etmişdim. O, buna layiqdir".
2025/26 mövsümündə Simon 22 matçda 29 qol buraxaraq, 7 oyunda qapısını təmiz saxlayıb. İspaniya millisinin heyətində 56 matçda 48 qol buraxıb, 25 oyunda qapısını təmiz saxlayıb.
Qapıçının "Atletik"lə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.