07 Mart 2023, 21:21
Azərbaycan CANSO-nun İcraiyyə Sammitində iştirak edib
Azərbaycan CANSO-nun İcraiyyə Sammitində iştirak edib şəkil
Azərbaycan CANSO-nun İcraiyyə Sammitində iştirak edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) hava hərəkətinə nəzarət üzrə qlobal tədbir olan “Airspace World” çərçivəsində beynəlxalq Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) aeronaviqasiya icracı direktorlarının ümümdünya sammitində iştirak edib.

"Operativ Media" xəbər verir ki, AZAL-dan verilən məlumata görə, İsveçrənin Cenevrə şəhərində təşkil olunan top liderlərin, aviasiya sənayesinin aparıcı istehsalçılarının və peşəkarlarının bir araya gəldiyi tədbirin məqsədi dünyanın hər yerindən toplaşan aeronavigasiya rəhbərlərinə bu sahənin ən aktual problemlərinin həlli yollarının tapılmasında kömək göstərməkdir.

Tədbirdə ICAO Şurasının prezidenti Salvatore Şakitano, IATA-nın baş direktoru Ulyam Uolş və CANSO-nun baş direktoru Saymon Hokkard çıxış ediblər.

Sammit çərçivəsində Aviasiya dünyasının dəyişməsi ilə hava nəqliyyatının hərəkətinin təşkili sahəsində baş verən qlobal dəyişikliklər və bütün hava məkanı istifadəçilərinin bu prosesə inteqrasiyasının həyata keçirilməsi müzakirə olunub.

Son xəbərlər
Bügünkü yanğında 5 maşın yanaraq külə dönüb
Peskov: Atəşkəs bu gün gecə yarısı başa çatacaq
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb