"Real Madrid"in üç oyunçusu La Liqada iki oyunluq cəzalandırıldı
Əziz Əzizli
İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi La Liqanın 15-ci turunun "Selta" ilə oyunundan (0:2) sonra "Real"ın futbolçuları ilə bağlı qərarlar verib.
Operativ Media xəbər verir ki, həmin oyunda qırmızı vərəqə alan 26 yaşlı müdafiəçi Fransisko Qarsiya 1 oyunluq cəzalanıb. O, dekabrın 14-də "Alaves"lə oyunu buraxacaq.
On doqquz yaşlı hücumçu Endrik, 22 yaşlı müdafiəçi Alvaro Karreras və 33 yaşlı müdafiəçi Daniel Karvaxal iki oyunluq cəza alıb. Onlar "Alaves" və "Sevilya" ilə oyunları buraxacaqlar (20 dekabr).