Menyu

Messi Hindistanda 20 metrlik heykəlinin təqdimatında iştirak edəcək

Əziz Əzizli
Messi Hindistanda 20 metrlik heykəlinin təqdimatında iştirak edəcək

“İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi Hindistanda öz heykəlinin açılışında iştirak edəcək.

Operativ Media xəbər verir ki, futbolçu üçgünlük səfər çərçivəsində Hindistandadır. Kalkutta, Heydərabad, Mumbay və Dehlidə müxtəlif tədbirlər keçiriləcək. Mərasimlərdə onunla birlikdə Luis Suares və Rodriqo De Paul da iştirak edəcəklər.

Kalkuttada Messinin hündürlüyü 20 metrdən çox olan heykəlinin açılışı baş tutacaq. Azarkeşlər, həmçinin futbolçunun taxtda oturmuş vəziyyətdə natural ölçüdə hazırlanmış heykəlinin qurulduğu fan-zonanı da ziyarət edə biləcəklər.

Əlaqəli Xəbərlər