Menyu

Kolleclərə yeni direktor müavinləri təyin olunub

Operativ Media
Kolleclərə yeni direktor müavinləri təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu barədə Operativ Media-ya agentlikdən məlumat verilib.

Bildirilib ki, Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili almışdır, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə davam etdirir.


Əlaqəli Xəbərlər