Menyu

Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

Operativ Media
Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

Dekabrın 9-dan 11-dək Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı keçirilib.

Operativ Media xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirin qalibi Yan Nepomnyaşi olub. Vladimir Fedoseyev (Sloveniya) ikinci, Rauf Məmmədov isə üçüncü yeri tutublar.

Son yarış gününün ardından bağlanış mərasimi keçirilib. Qalibə kuboku gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Digər mükafatlar isə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov tərəfindən verilib.

Əlaqəli Xəbərlər