ABL: "Sumqayıt" "Ordu"ya, "Şəki" NTD-yə qarşı
Operativ Media
Bu gün Azərbaycan Basketbol Liqasının IX turunda daha iki oyun keçiriləcək.
Operativ Media xəbər verir ki, Əvvəlcə “Sumqayıt” “Ordu” kollektivi ilə qarşılaşacaq. Oyun Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq. Bir saat sonra NTD və “Şəki” “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcək.
A qrupunda yer alan “Şəki” 9 xalla beşinci, rəqibindən 1 xal geri qalan NTD isə 8 xalla altıncıdır. B qrupuna 16 xalı olan “Ordu” kollektivi başçılıq edir. 10 xalı olan “Sumqayıt” sonuncu – altıncı sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” isə “Sərhədçi”ni (90:74) məğlub edib.