Menyu

"Real Madrid" braziliyalı hücumçusuna xəbərdarlıq etdi

Operativ Media
"Real Madrid" braziliyalı hücumçusuna xəbərdarlıq etdi

"Real Madrid" rəhbərliyi Vinisiusun nümayəndəsi ilə yeni müqavilə bağlamaq üçün yekun mövqeyini ultimatum şəklində açıqlayıb.

Operativ Media xəbər verir ki, bu haqda "Madrid Zone" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Los Blancos" artıq yeni müqavilənin şərtlərini təkmilləşdirmək niyyətində deyil. Ya oyunçu əvvəllər ona təklif olunan şərtlərlə müqavilə imzalayacaq, ya da yay transfer pəncərəsində satışa çıxarılacaq.

Noyabr ayında 25 yaşlı hücumçunun Madrid klubu ilə yeni müqavilə bağlaya bilmədiyi və bu səbəbdən "Mançester Siti", "Çelsi" və bir neçə Səudiyyə Ərəbistanı klubunun maraq dairəsinə düşdüyü bildirilmişdi.

Vinisius 2018-ci ildən bəri "Real Madrid"də oynayır. Braziliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 22 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər