ESPN: "Mançester Yunayted" Serxio Ramosla maraqlanmır
Əziz Əzizli
"Mançester Yunayted" müdafiəçi Serxio Ramosla müqavilə bağlamaqda maraqlı deyil.
Operativ Media bu barədə ESPN-ə istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, 39 yaşlı ispaniyalı yeni komanda axtarışını davam etdirir. "Mançester Yunayted" belə bir razılaşmanı nəzərdən keçirmir və heç bir danışıqlar aparılmayıb.
Xatırladaq ki, daha əvvəl "Cadena SER" radiosu Ramosun İngiltərə komandasından müqavilə təklifi aldığını bildirmişdi .
Ramosun Meksikanın "Monterrey" klubu ilə müqaviləsi 31 dekabrda başa çatır və o, azad agent olacaq. O, 2025-ci il mövsümündə 34 oyunda səkkiz qol vurub.
Futbolçu əvvəllər "Real", "Sevilya" və PSJ kimi klublarda oynayıb.
"Transfermarkt" oyunçunun transfer dəyərini 1 milyon avro olaraq qiymətləndirir.