Menyu

KİV: Səudiyyə Ərəbistanı klubu Salaha həftəlik 2,8 milyon avro maaş təklif edib

Əziz Əzizli
KİV: Səudiyyə Ərəbistanı klubu Salaha həftəlik 2,8 milyon avro maaş təklif edib

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah komandanı tərk edə bilər.

Operativ Media "Indykaila News"a istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Liverpul"un hücumçusu Məhəmməd Salahla maraqlanır.

Mənbənin məlumatına görə, klub 33 yaşlı misirli oyunçuya həftədə təxminən 2,8 milyon avro və ya ildə təxminən 137 milyon avro maaş verməyə hazırdır.

Daha əvvəl "The Telegraph" qəzeti hücumçu ilə "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klublarının maraqlandığını bildirib.

Bundan əvvəl hücumçu "Liverpul"un baş məşqçisi Arne Slotla münaqişə yaşayıb. Hücumçu klub və menecer haqqında sərt fikirlər səsləndirib. Salah start heyətindəki yerini itirmişdi və Çempionlar Liqasının altıncı turunda "İnter"ə qarşı (1:0) oyunu buraxmışdı.

2025/26 mövsümündə hücumçu 19 matçda beş qol vurub və üç məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Əlaqəli Xəbərlər