Menyu

“OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı xəbərdarlıq edib

Operativ Media
“OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı xəbərdarlıq edib

Son günlər sosial şəbəkələrdə “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi olmadığı bildirilib.

Operativ Media xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd edilib.

Məlumata görə, rəsmi kanallarda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.

Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:

• Şübhəli linklərə daxil olmamaq,

• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq,

• Dolayı yollarla yayılan elanlara qarşı diqqətli olmaq.

"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

Fotogalereya

Əlaqəli Xəbərlər