Azərbaycan millisinin baş məşqçisi Ağsuda yeniyetmə futbolçularla görüşüb
Operativ Media
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub.
Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Ağsu şəhər stadionunda fəaliyyət göstərən "Hilal Ağsu" uşaq futbol məktəbini ziyarət edib.
Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb.