Ana səhifə / Slayder / Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib 15.12.2025, 13:39 Operativ Media Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb. Operativ Media xəbər verir ki, Sərəncama əsasən, Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.