Menyu

Prezidentin amnistiya təşəbbüsü 20 mindən çox şəxsə şamil ediləcək

Operativ Media
Prezidentin amnistiya təşəbbüsü 20 mindən çox şəxsə şamil ediləcək

Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünün ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Operativ Media  Azərtaca istinadən xəbər verir ki, bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.

Əlaqəli Xəbərlər