Menyu

İşçi əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarıla bilərmi? - Vəkil danışır

Ayşən Sadıxzadə
İşçi əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarıla bilərmi? - Vəkil danışır

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilib.

Bu barədə Operativ Media-ya açıqlamasında vəkil Amid Əsgərov məlumat verib. O bildirib ki, əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər: tərəflərdən birinin təşəbbüsü ilə, əmək müqaviləsinin müddəti başa çatdıqda, əmək şəraitinin şərtləri dəyişdirildikdə, müəssisənin mülkiyyətçisi dəyişdikdə (Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilərə aid), tərəflərin iradəsindən asılı olmayan hallar baş verdikdə, eləcə də tərəflərin əmək müqaviləsində əvvəlcədən müəyyən etdiyi hallar olduqda.

Vəkilin sözlərinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasından asılı olaraq işçinin əvvəlcədən xəbərdar edilməsi qaydası və müddəti də fərqli olur.

Belə ki, müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda, tərəflərdən biri müqavilənin bitməsinə ən azı bir həftə qalmış digər tərəfi yazılı formada — kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdar etməlidir.

Eyni zamanda, işçilərin sayı azaldıldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini onun həmin müəssisədəki əmək stajından asılı olaraq azı iki, dörd, altı və ya doqquz təqvim həftəsi əvvəl rəsmi şəkildə xəbərdar etməlidir.

Amid Əsgərov qeyd edib ki, işəgötürənin əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini mütləq bir neçə gün və ya həftə qabaqcadan xəbərdar etməsi tələbi əmək müqaviləsinə xitam verilməsinin bütün əsaslarına şamil edilmir.

Əlaqəli Xəbərlər