Dövlət İmtahan Mərkəzi vakansiya elan edib
Dövlət İmtahan Mərkəzi informasiyalaşdırma və texnoloji təminat departamenti, Məlumat bazalarının yaradılması şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Operativ Media xəbər verir ki, qulluq funksiyaları:
- İnformasiyalaşdırma və texnoloji təminat departamentinə təqdim olunmuş adlı siyahılar əsasında kompüter fayllarının yaradılması və yoxlanılması;
- Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
- İmtahan materiallarının imtahandan əvvəl komplektləşdirilməsinin təşkili və həyata keçirilməsi.
Tələblər:
Ali təhsil: Texniki ixtisaslar üzrə ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları və mexanika-riyaziyyat üzrə təhsil alanlara üstünlük verilir);
İş stajı: tələb yoxdur;
Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;
Xarici dil bilikləri: İngilis dili – A2, Rus dili – arzuolunandır”;
Xüsusi tələb: Proqramlaşdırma biliklərinə malik olması arzuolunandır
Müraciət qaydası:
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Məlumat bazalarının yaradılması şöbəsi – baş mütəxəssis” qeyd etməklə 30 dekabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.