Menyu

WUF13-lə əlaqədar “Urban Expo” sərgisi üçün müraciətlərin qəbuluna başlanılıb

Operativ Media
WUF13-lə əlaqədar “Urban Expo” sərgisi üçün müraciətlərin qəbuluna başlanılıb

17-22 may 2026-cı iltarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün müraciətlərin qəbuluna başlanılıb. 

Operativ Media xəbər verir ki, bu barədə WUF13 Azerbaijan X səhifəsində məlumat verilib. 

Qeyd olunub ki, 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.  

Qeyd edək ki, “Urban Expo”da iştirakçılıqla bağlı müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbul olunur və hər kateqoriya üzrə bir müraciət məqbul sayılır. 

Qeydiyyat və əlavə məlumat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Əlaqəli Xəbərlər