Son 11 ayda 532 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub
Operativ Media
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 11 ayında 532,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Operativ Media xəbər verir ki, onlardan 177 min şəxs münasib işlərlə təmin olunub, 16,5 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Yanvar-noyabr aylarında 17,2 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 322 min şəxsə peşəyönümü xidmətlər göstərilib.