Menyu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 11 ayda 512 müraciət daxil olub

Ayşən Sadıxzadə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 11 ayda 512 müraciət daxil olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə son 11 ay ərzində ümumilikdə 512 müraciət qeydə alınıb.

Bu barədə Operativ Media -nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, onlardan 493- ü qadınlara qarşı yönəlmiş, 466 fakt isə azyaşlılara qarşı törədilmiş əməllərlə, 74- ü isə kişilərlə bağlı olan müraciətlərdir.

Qeyd etmək lazımdır ki, müraciətlərin bir qismi hadisə artıq baş verdikdən və hüquqi müstəvidə məsələ qaldırıldıqdan sonra daxil olur. Bu isə onu göstərir ki, problemin qarşısının alınmasından daha çox, nəticələrə reaksiya verilir. Bununla belə, müraciətlərin davam etməsi cəmiyyətin bu mövzuda həssaslığının artdığını da göstərir.

Daxil olan müraciətlərin hamısı aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına, hüquq-mühafizə strukturlarına və digər səlahiyyətli dövlət qurumlarına göndərilib, müvafiq cavablar alınıb. Bəzi hallarda konkret müraciət üzrə birbaşa tədbir görülməsi mümkün olmasa da, oxşar müraciətlərin təhlili əsasında preventiv və tərbiyəvi tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 

Əlaqəli Xəbərlər