Menyu

Nazirlər Kabineti “Dövlət orqanlarının aparatlarının adları” siyahısına dəyişiklik edib

Operativ Media
Nazirlər Kabineti “Dövlət orqanlarının aparatlarının adları” siyahısına dəyişiklik edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət orqanlarının aparatlarının (və ya onların fəaliyyətini təmin edən qurumların) və bölmələrinin adları ilə bağlı siyahıya dəyişiklik edib.

Operativ Media  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Bu barədə qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 2025-ci il 13 iyun tarixli 214-VIIQD nömrəli Qanunun icrasını təmin etmək məqsədilə qəbul olunub.

Qərara əsasən, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” siyahısından “Televiziya və Radio Şurasının Aparatı” ifadəsi çıxarılıb.

Qərar qüvvəyə mindiyi tarixdən etibarən icra olunur.

Əlaqəli Xəbərlər