Menyu

Kiyevdə partlayış səsləri eşidilib

Nərmin Qocamanlı
Kiyevdə partlayış səsləri eşidilib

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Kliçko Teleqram hesabında bildirib.

Digər tərəfdən, Xarkov qubernatoru Oleq Sinegubov Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumlar təşkil etdiyini açıqlayıb.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko Teleqram hesabında verdiyi açıqlamada "Geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binaları raketlərlə vurulub . Xoşbəxtlikdən insan tələfatı olmayıb", - deyə bildirib.

Ukraynanın bir çox bölgəsində hava hücumu xəbərdarlığı saatlarla davam edib.

Teqlər:

"Kiyevdə partlayış səsləri eşidilib"

Əlaqəli Xəbərlər