Menyu

AQTA: Epizootik vəziyyət nəzarətdə saxlanılır

Operativ Media
AQTA: Epizootik vəziyyət nəzarətdə saxlanılır

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İraq Respublikasının Nəcəf əyalətində, Xorvatiya Respublikasının Splitsko-Dalmatinska  kantonunda xırdabuynuzlu heyvanların taun xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Cersinin Sent-Con inzibati ərazisində blutanq xəstəliyi, Livan Respublikasının Bəka əyalətində dabaq xəstəliyi, Nigeriya Federativ Respublikasının Oqun ştatında, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatında, Niderland Krallığının Şimali-Brabant əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Əlaqəli Xəbərlər