Menyu

Mağazalardan oğurluq edilib

Operativ Media
Mağazalardan oğurluq edilib

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.

Operativ Media -nın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.

Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər