Ağdamda mülki şəxs minaya düşüb-YENİLƏNİB - BİRGƏ MƏLUMAT
Ağdam rayonunda mina hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib. “1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə birgə məlumatda qeyd olunub.
***
22:03
Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.
Operativ Media xəbər verir ki, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.
Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.