Menyu

"Şahdağ"da qış və yay mövsümləri üzrə əyləncə və attraksionların sayı 40-a yüksəlib

Operativ Media
"Şahdağ"da qış və yay mövsümləri üzrə əyləncə və attraksionların sayı 40-a yüksəlib

“Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-ə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. 

Operativ Media xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzinə təşkil olunan mediaturda bildirilib.

Qeyd edilib ki, həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. 

Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

Əlaqəli Xəbərlər