Menyu

Şahdağda xizək trasları və kanat yolları genişləndirilir

Operativ Media
Şahdağda xizək trasları və kanat yolları genişləndirilir

Şahdağ Turizm Kompleksi layihələndirilərkən onun inkişafı dörd faza üzrə planlaşdırılıb və artıq bu mərhələlərin hamısı tam yekunlaşıb. Hazırda kompleks beşinci inkişaf fazasına keçib.

Operativ Media xəbər verir ki, yeni faza çərçivəsində xizək traslarının (sürüşmə yamaclarının) sayı artırılır, kanat yollarının genişləndirilməsi həyata keçirilir, eyni zamanda ərazidə infrastruktur və obyektlərin sayı çoxaldılır. Hazırda Şahdağ Turizm Kompleksi təxminən 2 700 hektar ərazini əhatə edir. Mövcud layihə üzrə işlər isə 200 hektarlıq sahədə aparılır.

Beşinci fazaya keçidin əsas səbəblərindən biri süni qar generatorlarının sayının artırılmasıdır. Bildirilib ki, 2026-cı ildə Şahdağ ərazisində süni qar istehsalı üçün 600 generator fəaliyyət göstərəcək.

Qeyd olunub ki, süni qar generatorları ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlər mövcuddur. Belə ki, süni qar istehsalında heç bir kimyəvi maddədən istifadə edilmir. Bu proses zamanı adi su yüksək təzyiq altında xırda damcılara parçalanaraq buz dənəciklərinə çevrilir:

“Təbii qarın çox olduğu dövrlərdə süni qar istehsalına ehtiyac azalır. Bu isə həm elektrik enerjisinə qənaət, həm də ətraf mühitin qorunması baxımından daha məqsədəuyğundur. Lakin son illərin müşahidələrinə görə, il ərzində güclü qar yağışı cəmi bir neçə dəfə qeydə alınır.

Azərbaycanda Şahdağda qış mövsümü təxminən üç ay davam edir. Məqsəd qış turizm mövsümünü ən azı mart ayının sonunadək uzatmaqdır. Bu isə Novruz bayramı dövründə də vətəndaşların bölgəyə gələrək istirahət etməsinə şərait yaradacaq”.

Əlaqəli Xəbərlər