Menyu

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçiriləcək

Operativ Media
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçiriləcək

19 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək. 

Operativ Media-ya bu barədə DİM-dən məlumat verilib.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahana qeydiyyat 1 – 11 dekabr 2025-ci il tarixlərində aparılıb və bu müddət ərzində 18 namizəd müraciət edib. 

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. 

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Əlaqəli Xəbərlər