Menyu

Arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub

Operativ Media
 Arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Operativ Media xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Aləmzər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər