Menyu

İncəsənət kollecinə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb

Operativ Media
İncəsənət kollecinə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb
1 dəq oxu

Tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin rəngkarlıq (sahələr üzrə), qrafika üzrə texnik, teatr dekor sənəti, dekorativ – tətbiqi sənət (sahələr üzrə) və dizayn (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb. Qeyd olunan ixtisasların daxil olduğu 1601 kodlu qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlər 2026-cı ildə yalnız rəsm fənnindən imtahan verəcəklər.

Bu barədə Operativ Media -ya DİM-dən məlumat verilib.

Əlaqəli Xəbərlər