Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
Operativ Media
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün dekabrın 23-də imtahan keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.