Bu ay Elm və Təhsil Nazirliyinə 23 min müraciət daxil olub
Operativ Media
Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 442 vətəndaş müraciəti daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Müraciətlərin 14 283-ü çağrı mərkəzləri, 5 303-ü elektron, 1070-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 786 müraciət qeydə alınıb.
Müraciətlər olimpiada və müsabiqələr, eksternat imtahanı, qrant layihələri və digər məsələlərlə bağlı olub.