Menyu

Vətəndaş ipoteka ilə aldığı evə qeydiyyata düşə bilərmi?

Ayşən Sadıxzadə
Vətəndaş ipoteka ilə aldığı evə qeydiyyata düşə bilərmi?

“Vətəndaş ipoteka krediti ilə aldığı mənzili öz mülkiyyəti kimi qeydiyyata sala bilər. Çünki mənzil alınan andan etibarən alıcı vətəndaşın xüsusi mülkiyyətinə keçir. Bu mülkiyyətə həm özü, həm də ailə üzvləri qeydiyyata düşə bilər”.

Bu sözləri Operativ Media -ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. 

O bildirib ki, ipoteka krediti ilə mənzil alma prosesi belədir:

“Vətəndaş satıcı ilə notariat qaydasında alqı-satqı müqaviləsi bağlayır. Bank kredit vəsaitini birbaşa satıcının hesabına köçürür. Müqavilə təsdiqləndikdən və dövlət qeydiyyatı aparıldıqdan sonra mənzil ipoteka krediti götürən vətəndaşın adına rəsmiləşdirilir. Sadəcə olaraq, mənzil bankın xeyrinə ipoteka yüklülüyü altında olur.

Eyni proses vətəndaşın mənzili öz vəsaiti hesabına alması zamanı da baş verir. Yenə notariat müqaviləsi bağlanır və mənzil alıcının mülkiyyətinə keçir. Satıcı üçün isə fərq yoxdur: alqı-satqı öz vəsaitlə də olsa, bank krediti ilə də olsa, pulunu tam şəkildə alır.

Mənzil artıq vətəndaşın mülkiyyətinə keçdiyinə görə:

-mülkiyyət sənədi (çıxarış) vətəndaşa məxsusdur,

-vətəndaş qeydiyyata düşmək hüququna malikdir,

-bu məsələ ilə bağlı polisə müraciət etməyə ehtiyac yoxdur.

Çünki hüquqi əsas aydındır: çıxarış mənimdirsə, bu mənim mülkiyyətimdir və mənzildə qeydiyyata düşmək də qanunidir”.

Əlaqəli Xəbərlər