Güzəştli mənzil sisteminə bu il nə qədər müraciət daxil olub?
Ayşən Sadıxzadə
01 yanvar 2025-ci il – 18 dekabr 2025-ci il tarixləri ərzində Agentliyin layihələri çərçivəsində güzəştli mənzil əldə etmək üçün “Güzəştli mənzil sistemi” vasitəsilə 10 319 vətəndaş müraciət edib.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Qeyd olunub ki, müraciətlər MİDA-nın mövcud layihələri üzrə həyata keçirilib və proses qüvvədə olan qaydalara uyğun şəkildə aparılır.