Menyu

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Operativ Media
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasıilə bağlı tədbirlər çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçidməntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncəşəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq(Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx(Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində, həmçinin qanunvericiliyintələblərinə uyğunlaşdırılması məqsədilə 142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobusmarşrutlarını müsabiqəyə çıxarır.

Operativ Media xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 apreltarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) vəbeynəlxalq marşrutlar üzrə sərnişin daşımalarınadaşıyıcıların cəlb olunmasına dair müsabiqəninkeçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarlayanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdimolunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçidməntəqəsi), Bakı-Laçın (Laçın-Həkəri-Zəngilanyolu), Bakı– Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay istiqamətlərində 8 lot üzrə yanvarın23-də;
Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıtistiqamətlərində 7 lot üzrə yanvarın 27-də;
Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 7 lot üzrəyanvarın 30-da;
Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın 3-də;
Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyevprospekti (Mərkəzi bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli (metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı, 551 nömrəli (BakıBAK - Atyalı yaşayış massivi) şəhərətrafı,  555 nömrəli (Sumqayıt şəhər avtovağzalı - Müşfiqabad qəsəbəsi) şəhərətrafı və 592 nömrəli(Gorədil qəsəbəsi - Xırdalan şəhəri) şəhərətrafıavtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili(rayondaxili) marşrut xətləri qanunvericiliyintələblərinə uyğun olaraq mərhələli qaydadamüsabiqəyə təqdim edilir.

Məqsəd sərnişindaşımasahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Əlaqəli Xəbərlər