Oğuzda mikroavtobus qəzaya uğrayıb, ölən var - YENİLƏNİB
Oğuzda mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub.
Operativ Media xəbər verir ki, rayonun Sincan kəndində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, Balakən rayonunun Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı habelə daha 6 nəfər - 1960-cı il təvəllüdlü Natalya Tahirova, 1961-ci il təvəllüdlü Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü Azad Puçaxov, 1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü Cənnətey Qumbarova xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
20:43
Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Operativ Media xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.