Menyu

Ölkəyə külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Operativ Media
Ölkəyə külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 000 ədəd dərman və tibbi vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər