Menyu

Kürdəxanıda ölümlə nəticələnən yol qəzası baş verib

Operativ Media
Kürdəxanıda ölümlə nəticələnən yol qəzası baş verib

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

Operativ Media xəbər verir ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hummer” və "99-TY 561" dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

 

Əlaqəli Xəbərlər