Xırdalanda yanğın baş verib - YENİLƏNİB
Operativ Media
21 dekabr 2025-ci il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan rayonu ərazisində yanğın hadisəsinin baş verməsi ilə əlaqədar çağırış daxil olub.
Bu barədə Operativ Media-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
16:50
Xırdalanda yerləşən Kristal Abşeron yaşayış kompleksi, 18-ci binanın 12-ci mərtəbədə yanğın baş verib.
Operativ Media xəbər verir ki, hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.